Book Creator

tık-tık xanım

by Xatirə Əlibəyova

Cover

Loading...
Tık-tık xanım”
Uşaqlar, gəlin
sizə söyləyim bir hekayət,
Dozanqurdu edirdi
Yalqızlıqdan şikayət.
Soğan qabıqlarından
Bir çadra geydi
şık-şık,
Fındıq qabıqlarından
Çarıq geyindi
tık-tık,
Ətir vurdu başına,
Bəzək verdi özünə,
Qara yaxdı qaşına,
Sürmə çəkdi gözünə
Naz ilə yavaş-yavaş
Yola düzəldi birbaş,
Çöl-çəməni gəzirdi
Axtarırdı bir yoldaş.
Göy təpənin döşündə
Oturmuşdu bir çoban,
Dedi: a dozanqurdu
Hara gedirsən belə?
Dozanqurdu çevirdi
Qara muncuq başını,
Baxdı, baxdı çobana
Oynatdı göz qaşını,
Dedi: ehey, ay çoban!
Danışdığın sözü bil!
Çoban dedi: ay qaraqaş,
Bu ellərdə tapılmaz
Mənim kimi bir yoldaş,
Gəl burda qal, dost kimi
səni tutaram əziz,
Ağzıma bir tikə də
Inan qoymaram sənsiz.
Hə, yaxşı başa sal məni
Sən nəylə döyərsən
Acıqlandırsam səni?
Çoban qapdı çomağı
Dedi: bununla bax!
Tık-tık xanım qorxudan
Ordan tez qaçdı uzaq.
Gör mən kiməm?
Gözlərini yaxşı sil!
Çoban dedi: bağışla,
Qurban o şirin dilə
Tık-tık xanım, de görüm
Hara gedirsən belə?
Tık-tık xanim çevirdi
Qara muncuq başını
Baxdı, baxdı çobana,
Oynatdı göz qaşını.
Dedi: ehey, ay çoban
Ömürlər çox gödəkdir,
Bu ellərdə yalqızam
Mənə yoldaş gərəkdir
Getdi, getdi... bu dəfə
Tülküyə oldu düçar,
Tülkü dedi:
ay dozanqurdu, dayan bir,
gəlin kimi özünə verib
yaraşıq, bəzək
Hara gedirsən belə?
Durma söylə, ay göyçək.
Dozanqurdu çevirdi
Qara muncuq başını
Baxdı, baxdı tülküyə
Oynatdı göz qaşını.
Dedi: ehey ay tülkü!
Gözlərini yaxşı sil!
Gör mən kiməm?
Danışdığın sözü bil!
Mənə eldə-obada
Tık-tık xanım deyirlər!
Xanım, bağışla, tanımadım,
Dilim agzım qurusun,
Xanım, bağışla, məni
Yaman incitdim səni.
Ay tık-tık, şık-şık xanım
Hara gedirsən belə?
Gəl, bu tülkü lələni
Nigaran qoyma, söylə.
Dozanqurdu çevirdi
Qara muncuq başını,
Baxdı, baxdı tülküyə
Oynatdı göz qaşını.
Dedi: eh, ömürlər çox gödəkdir
Bu yerlərdə yalqızam
Mənə yoldaş gərəkdir.
Ay qaraqaş, bu ellərdə tapılmaz
Mənim kimi bir yoldaş,
Hə, yaxşı başa sal məni
Sən nəylə döyərsən
Acıqlandırsam səni?
Tülkü dedi:
Salaram səni iki dişimə
Çeynəyərəm, didərəm,
Gedərəm öz işimə
Bu sözdən Tık-tık xanım
Diksinərək, qorxaraq
Tez ordan qaçdı uzaq.
PrevNext