Book Creator

Azərbaycanin təbii sərvətləri

by Sona Məmmədova

Cover

Loading...
Azərbaycanin təbii sərvətləri
Loading...
TƏBİİ SƏRVƏTLƏRİMİZ


Təbiətin qoynunda olanda çəmənlikdə atılıb-düşür, oynayırsan. Amma heç vaxt çəmənlikdə tonqal qalama. Çünki burada çox qiymətli dərman bitkiləri, nəsli kəsilməkdə olan ot bitkiləri ola bilər. Azərbaycanın başqa sərvətləri də var, bunlar hansılardır? Mətni oxusan, bilmədiklərini öyrənər, unudulanları isə əlavə edə bilərsən.
Hər bir ölkənin yeraltı və yerüstü təbii sərvətləri var. Torpağımızın altında və üstündə nə varsa, hamısı Azərbaycanın sərvətidir. Yurdumuzda dəmirağac, Eldar şamı, Saqqızağacı kimi qiymətli, nadir ağaclar bitir. Kür çayı boyunca uzanan Tuqay meşələrində qovaq, söyüd, qarağac və s. ağaclar var. Meşə, çöl və dağlarımız qiymətli dərman bitkiləri ilə zəngindir. Azərbaycanın müxtəlif bölgələrində biyan kökü, çaytikanı meyvəsi, sumaq, kəklikotu, yovşan, boymadərən, zirə, cirə və başqa şəfalı bitkilər geniş yayılmışdır.

You've reached the end of the book

Read again

Made with Book Creator

PrevNext