Book Creator

Coğrafiya Vulkanlar

by Sahibə Həsənova

Pages 2 and 3 of 4

Comic Panel 1
THEME
COĞRAFİYA

Vulkanlar
By Author Name
Comic Panel 1
Loading...
VULKANLAR
Loading...
Fəaliyyətdə olan və sönmüş vulkan.
Loading...
Vulkanlar-yerin daxilində baş verən proseslər nəticəsində maqmanın yer səthinə çıxmasıdı.Yer səthinin geoloji cəhətdən aktiv olan ərazilərində rast gəlinir.Vulkanlar, fəaliyyətdə olan və sönmüş olur.Sönmüş vulkanlar o vulkanlardır ki,onların püskürməsi haqqında heç bir məlumat olmur.Fəaliyyətdə olan vulkanla müntəzəm olaraq püskürür.
Loading...
Comic Panel 1
Loading...
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Donec sed magna tempus, sollicitudin nisl egestas, malesuada diam. Donec quis magna in tortor viverra sollicitudin et ac sapien.
Loading...
Loading...
Loading...
Loading...
VIVAMUS NEC PORTTITOR
Loading...
Qeyzerlər
Loading...
Loading...
Qeyzerlər-yerin daxilindən yüksək təzyiq və temperaturla ,fəvvarələr şəklində çıxan sulardı.
Comic Panel 1
Comic Panel 1
Comic Panel 1
Comic Panel 1
Palçıq vulkanları – maqmatik mənşəlivulkanlara nisbətən məhdud sahələrdə yayılmışdır. Onlar adətən neftli – qazlı sahələrlə üst – üstə düşür. Məhz bu fakta əsaslanaraq palçıq vulkanlarının neft – qaz yataqları ilə mənşəcə yaxın olması müddəası irəli sürülür. Buna görə də palçıq vulkanlarının və eləcə də neft – qaz yataqlarının yayıldığı sahələr maqmatik mənşəli vulkanların yayıldığı sahələr kimi geniş deyil. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanda[1], əsasən, Cənub-Şərqi Qafqazda yerləşir. Ümumilikdə dünyanın 42 ölkəsində palçıq vulkanı aşkar edilmişdir[1]. Palçıq vulkanlarının mənşəyi haqqında ilk dəfə H.V.Abix fikir söyləmişdir. O, belə bir nəticəyə gəlmişdir ki, palçıq vulkanları səthə çıxmaq üçün lazım olan istilik enerjisini – maqmadan, brekçiya əmələ gətirən qırıntı süxurlarını – yarılma (qırılma) zonasından, suyu – dənizdən, qazı – bitumlu süxurlardan, palçıq vulkanlarının fəaliyyətinin başlanması üçün lazım olan impulsları isə zəlzələlərdən alır. Digər geoloq – alimlər palçıq vulkanlarının əsas yaranma səbəbini geodinamikada – qırışlar, boşluqlar və çatların yaranması və inkişafı ilə əlaqələndirirlər. Neftçi – geoloqların fikrincə isə palçıq vulkanları neft yataqlarında toplanmış karbohidrogen qazlarının ifrat təzyiqi nəticəsində yaranır. Palçıq vulkanları ətraf sahədən 400 – 500 m-dək yüksələn, əsasının deametri 100-dən 350 m-dək olan kəsik konus formalıdırlar.



Vulkanın təpəsi onun kraterinə uyğun gəlib yastı qabarıq formadan dərin çuxuradək müxtəlif formalarda olur. Krater adətən vulkanın mərkəz hissəsində yerləşir. Sopka brekçiyası və onu müşayiət edən qaz və su kanalla xaricə çıxır və zaman keçdikcə toplanaraq vulkan konusunun yamacları ilə aşağıya axaraq üzərində vulkan oturan tacın strukturunu örtüb gizlədir. Krateri piyalə formasında olan palçıq vulkanları da olur. Palçıq vulkanı yer səthində və ya dəniz dibində toplanmış sopka materialından təşkil olunmuşdur. Vulkan tullantıları içərisində bəzən diametri 1 – 2 metr olan daha böyük süxur parçalarına da təsadüf edilir. Vulkan boğazı, əsasən, şaquli istiqamətli olub, sopka brekçiyasının xaricə çıxarılmasına şərait yaradır. Vulkan boğazı iki əsas hissədən – başlıca kanaldan və damarlardan ibarət olur.
Palçıq vulkanı konusları "sopka brekçiyası" adlanan süxur kütləsindən ibarətdir. Sopka brekçiyası, əsasən, ətraf süxurlara yad olan sərt süxur qırıntıları ilə gilli kütlə qarışığından ibarətdir. Sopka brekçiyası bərk olduqda vulkan konusunun yamacları dik (Otman – Bozdağı, Kalmas, Torağay və s.), su ilə zəngin olduqda isə konus alçaq və yastı, krater isə boşqabvarı formada olur.
Palçıq vulkanları sopka brekçiyasını yer səthinə çıxaran bacalardır. Sopka brekçiyası ilə birlikdə qaz və minerallaşmış su da çıxır. Bu zaman əsas püskürmə kütləsi adətən vulkan kraterindən vaxtaşırı coşqun püskürmə paroksizmləri şəklində xaricə atılır. Paroksizmlərarası dövrdə adətən vulkanın təpəsində və ya onun yamaclarında yerləşən xeyli parazitik kraterlərdən – qrifon və salzalardan zəif qaz, su və çox vaxt az miqdarda sopka lili çıxır.
Sopka brekçiyası böyük yelpikvari və ya dilvarı axınlar şəklində ətrafa yayılır və tezliklə quruyur. Bu axınların eni bir neçə yüz metr, uzunluğu bir neçə kilometr, qalınlığı isə bəzən 10 m və daha artıq olur. Sopka brekçiyası axınları çox vaxt bir – birini örtür. Güclü püskürmələr ərəfəsində bir sıra radial və konsentrik çatlar əmələ gəlir. Zaman keçdikcə eroziya amillərinin təsiri ilə relyef barrankoslara bölünür. Bu barrankoslar aşağıya doğru endikcə dərinləşib genişlənir və bəzən dərin dar dərələrə çevrilir.
Azərbaycanın bəzi vulkanları öz adlarını sopka örtüyünün rənginə görə almışlar. Məsələn, "Bozdağ", "Ağtirmə" (Ağtirmə adı buradan əmələ gəlmişdir) və s. Palçıq vulkanı fəaliyyətinin müəyyən cizgilərini səciyyələndirən ayrı-ayrı yerli adlar ədəbiyyata daxil olmuşdur. Məsələn, Keyrəki (dəmirçi kürəsi anlayışından), Yanandağ, Pil – Pilə, Ayrantökən, Sürüncə və s. Bundan başqa sonuna batmaq mənasını verən "batan" kəlməsi əlavə edilən adlara da rast gəlinir. Məsələn, Lökbatan, At(a)batan.
Sopka örtüyünün rənginə və bitki örtüyünə görə palçıq vulkan püskürmələrinin sayını müəyyən etmək olur. Yerləşmə şəraitinə və yerinə görə, palçıq vulkanları yerüstü, gömülmüş və dəniz vulkanlarina bölünür. Yerüstü palçıq vulkanları içərisində normal inkişaf etmiş və denudasiyaya uğramış konusları olan vulkanlara ayrılır. Azərbaycanda konusları normal inkişaf etmiş vulkanlar olduqca çox yayılmışdır. Bunlara Keyrəki, Ağtirmə, Gülbaxt, Böyük Kənizədağ, Torağay, Kalmas, Kürsəngi və s. aiddir. Müəyyən geoloji zaman ərzində konusları eroziya prosesi nəticəsində yox olmuş və bundan sonra daha püskürməyən vulkanlar müstəqil bir sinfə – gömülmüş (qazıntı) vulkanlara (Bibiheybət, Zığ, Qum adası) aid edilir. Dəniz vulkanları, öz növbəsində, ada və sualtı vulkanlara bölünür. Abşeron və Bakı arxipelaqlarının ada və saylarının hamısı mənbə etibarilə, palçıq vulkanı hadisələrilə bağlıdır. Lakin bunların dəniz tərəfindən yuyulması müxtəlif olduğundan, nəticədə ya ada palçıq vulkanları, yaxud da saylar əmələ gəlir.
Palçıq vulkanları

You've reached the end of the book

Read again

Made with Book Creator

PrevNext