Book Creator

Tarix

by Səmayə Məmmədova

Pages 4 and 5 of 13

Loading...
Qədim Misir
Loading...
6000 il bundan əvvəl böyük çayların sahillərində şəhərlər meydana gəlməyə başladı. Misir və Mesopatamiya (hazırkı İraq) qədim sivilizasiyanın yarandığı ilk yerlər idi. Təqribən eramızdan əvvəl 3000-ci ildə Misir birləşərək fironun (kral) başçılıq etdiyi ilk güclü şəhər-dövləti oldu.

Fironların sərdabələri – Əzəmətli və hündür sərdabələr fironlar tərəfindən özlərinin ölümdən sonrakı həyatı üçün tikdirilib.Ən böyük sərdabə təqribən 20 il ərzində tikilən və tikintisində iki milyondan artıq kubşəkilli qaya parçasından istifadə olunan Firon Xeops (eramızdan əvvəl 2589-66-ci illərdə hökmranlıq edib) tərəfindən inşa edilib.

Nil çayı - Qədim Misirlilər bu səhralıq ərazidə ferma icmalarını yalnız Nil çayı sayəsində qura bilmişdilər. İllik baş verən daşqınlar çayın hər iki sahilinin bərəkətli olmasına səbəb olur və məhsullar sulayırdı.


Misirdə sosial təbəqələşmə - Sosial təbəqənin ən yüksək pilləsində dayanan firon bütün torpaqların,insanların və mülkiyyətin sahibi idi. Vəzir onun ən çox inandığı məsləhətçisi idi və fironun bütün işlərini idarə edirdi. Aşağıda dayanan kəndlilər isə hər kəsin təlabatı üçün kənd təsərrüfatı məhsullarını toplayırdılar, lakin daşqınlar zamanı sənətkarlarla birlikdə bəndlərin qurulmasında da iştirak edirdilər.
Comic Panel 1
Loading...
CAPTION Half page image nullam nunc eros, vehicula feugiat
Comic Panel 1
Loading...
CAPTION Half page image nullam nunc eros, vehicula feugiat
Loading...
Giza ehramları

Qahirə yaxınlığındakı (Misir) Giza ehramları 4000 il bundan əvvəl inşa olunub.Nəhəng ehram qədim dövrlərdən salamat qalan yeddi möcüzədən biridir.
Loading...
Loading...
Ellipse;
Loading...
Audio səs
Loading...
Qədim Misir musiqisi necə səslənir

You've reached the end of the book

Read again

Made with Book Creator