Book Creator

Qoğal nağılı

by Nazilə Rəhimova

Cover

Star;
Star;
Star;
Loading...
QOĞAL NAĞILI
Loading...
Biri var idi, biri yox idi.Bir baba ilə nənə var idi. Bir gün baba nənəyə deyir ki, qoğal bişir. Nənə bir gözəl həvəslə xamır yoğurmağa başladı. Nənə qoğalı xamaya batırdı, yağda qızartdı və soyuması üçün pəncərənin kənarına qoydu.
Bir az keçdikdən sonra Qoğal dığırlanaraq pəncərədən masaya, ordan da döşəməyə, ordan da qapıya doğru, ordan da eşiyə, ordan da otların üstünə, ordan da artırmaya, ordan da həyətə, ordan da darvazaya, ordan da daha uzaqlara dığırlanmaqda davam etdi.
Yolda qoğal dovşana rast gəldi. -Qoğal, ay qoğal mən səni yeyəcəm. -Məni yemə,ay dovşan.Sənə mahnı oxuyaram,- dedi və oxumağa başladı: Umdum qoğal olmuşam Süd ilə yoğrulmuşam Babadan da qaçmışam, nənədən də qaçmışam, Səndən nə var qaçmağa, deyib dığırlanaraq qaçdı.
Qoğalbir az da dığlrlandıqdan sonra yolda canavara rast gəldi.
-Qoğal, ay qoğal mənsəni yeyəcəm.
-Məni yemə, canavar qardaş .Sənə mahnı oxuyaram,- dedi və oxumağa
başladı:
Umdum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Babadan da qaçmışam,
nənədəndə qaçmışam,
Dovşandan da qaçmışam,
Səndən nə var qaçmağa, deyib dığırlanaraq qaçdı.
Qoğal bir az da dığlrlandıqdan sonra yolda ayıyarast gəldi. -Qoğal, ay qoğal mən səni yeyəcəm. -Məni yemə, ayı qardaş .Sənə
mahnı oxuyaram,- dedi və oxumağa başladı: Umdum qoğal olmuşam Süd iləyoğrulmuşam Babadan da qaçmışam, nənədən də qaçmışam, Dovşandan da qaçmışam,
Canavardan da qaçmışam, Səndən nə var qaçmağa, deyib dığırlanaraq yenə də
qaçdı.
PrevNext