Loading...





Tarix bunu göstərir ki, insanların ehtiyaclarından pul yaranmışdır. Əvvəl insanlar dəyişmək yolu ilə alış veriş edirdilər. Özləri istehsal etdiyi məhsulları bir - biri ilə dəyişdirdilər. Sonralar bu proses problemlər yaratmağa başladı. Birinin ehtiyac duyduğu başqa birində olmurdu. Onun istehsal etdiyi məhsula qonşusunun ehtiyacı olmurdu. Bu üzdən insanlarda pul hazırlamaq ehtiyacı yarandı. İlk pullar mis, dəmir, tunc və qızıldan sikkələr idi. Tayfa başçıları tərəfindən hazırladılırdı və bütün tayfa tərəfindən alış veriş zamanı istifadə olunurdu.


