Book Creator

riyaziyyat hər yerdə

by Ulker Ulker

Pages 2 and 3 of 25

Riyaziyyat hər yerdə
Müəllif :Tağıyeva Ülkər
Loading...
Riyaziyyat hər yerdə mövcuddur ...
Onu sadəcə görmək və hiss etmək lazımdır 
Araşdırma

  Məktəbdə riyaziyyat dərsinə xüsusi diqqət yetirirlər. Bizim sinifdə bu dərsdən çoxlarının xoşu gəlir Biz şifahi hesablamağı , məsələləri həll etməyi bacarırıq.
Elə uşaqlar var ki, nisbətən çətin məsələləri , çoxəməlli hesablamaları yerinə yetirməkdən çəkinirlər . Ola bilsin ki, onlar riyaziyyatı sevmirlər və yaxud riyaziyyatın nəyə lazım olduğunu başa düşmürlər.
Bu elmin nə qədər vacib olduğunu öyrənmək üçün bizim yaradıcı qrupumuz araşdırmaya başladı
Loading...

Riyaziyyat kulinariyada


Riyaziyyat kulinariyada böyük əhəmiyyət kəsb edir, çünki hər hansı xörəyin hazırlanmasında mütləq xörəyin hazırlanma qaydası və ərzaqların miqdarı dəqiq verilməlidir. Ərzaq məhsullarının ölçülməsində həcm və kütlə kimi ölçü vahidlərindən istifadə edilir . Xörəklərin paylara bölünməsində yenə də riyaziyyat köməyimizə çatır.
Loading...
PrevNext