Book Creator

Leyli ve Mecnun

by Gulzar Resulzade

Cover

Loading...
Leyli və Məcnun (ərəb. مجنون و ليلىfars. لیلی و مجنون, özb. Layli va Majnun) — Yaxın Şərq xalqlarının folklorunda geniş yayılmış dastan-rəvayətdir. Tarixi hadisələrə əsaslanan rəvayət VII əsrdə müasir Səudiyyə Ərəbistanı ərazisində yaşamış Qeys ibn Muləvvəh adlı gəncin həyatı və Leyli adlı qıza olan nakam sevgisindən bəhs edir.
Leyli və Məcnunun faciəvi hekayəsi Yaxın Şərq və Cənubi Qafqaz xalqlarının mədəniyyətinə əhəmiyyətli təsir göstərmişdir. 1186-cı ildə Nizami Gəncəvi həmin rəvayət əsasında ilk dəfə poema yazmışdır. Leyli və Məcnun mövzusu Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyni adlı operasında öz əksini tapmışdır. Azərbaycan poeziyasının klassiki Məhəmməd Füzuli də 1536-cı ildə Leyli və Məcnun mövzusunda Azərbaycan dilində poema yazmışdır. Leyli və Məcnun mövzusuna sufi və bəhai müəlliflərin əsərlərində də rast gəlinir.

Qədimdə belə bir rəvayət varmış
Ki, Mərv ölkəsində bir şah yaşarmış.
Bir neçə köpəyi zəncirləyərək,
Bəndlərdə saxlardı onları div tək.
İtlərdə əjdaha qüvvəti vardı,
Dəvənin boynunu qopararlardı.
Acıqlanan zaman şah bir nəfərə,
Atarmış yazığı quduz itlərə.
Şahın qəzəbinə düşsəydi hər kəs,
Köpəklər dağıdıb yeyərdi dinməz.
Şahın yaxın olan adamlarından
Ağıllı, kamallı bir nəfər cavan
Qorxdu ki, dostları qıran bu cəllad
Günlərin birində olsun ona yad,
Onun ahusunu öz vərdişiylə
Sınaqdan keçirsin köpək dişiylə.
İtlərdən qorxaraq, min həyəcanla
PrevNext