Book Creator

Azərbaycan

by Xatirə Səmədova

Pages 2 and 3 of 9

Azərbaycan mənım vətənımdır
Loading...
Loading...
Bakının neftlə zəngin ərazilərindən olan Suraxanıda 2.500 il əvvəl təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş və atəşpərəstlərin sitayiş etdiyi məbəd Bakı nefti və qazının daha da məşhurlaşmasına səbəb olmuşdur. Bu ərazidə İslam dini yayıldıqdan sonra isə daim alovlanan həmin məşəl Hindistandan gələn zərdüştlərin baş çəkdiyi məbədə çevrildi. Aleksandr Düma 1859-cu ildə burada 3 atəşpərəstə rast gəldiyini yazırdı. Əsrlərlə alovlanan od məbədi "Atəşgah" bu gün çoxsaylı turistlərin gəldiyi muzey kimi fəaliyyət göstərir. Bu abidə Sanskrit dilindəki yazıları ilə nadir tapıntılardan sayılır. Bakıda qədim köklərə dayanan oda sitayiş adətləri elə şəhərin adının mənasının izahlarından birində də öz əksini tapıb. Sara Aşurbəylinin "Bakı şəhərinin tarixi" kitabında Küləklər şəhəri Baadiye-Kubiden kimi tanınan Bakının adının mənası həm də Ateshi-Baqavan, yəni Odlar Yurdu kimi izah olunur. Maraqlıdır ki, od və külək günü bu gün də Bakını fərqləndirən əsas cəhətlərdəndir.

You've reached the end of the book

Read again

Made with Book Creator

PrevNext